Emoməli Rəhmonun Tacikistanda keçiriləcək prezident seçkilərinə namizədliyi irəli sürülüb

Emoməli Rəhmonun Tacikistanda keçiriləcək prezident seçkilərinə namizədliyi irəli sürülüb

Tacikistan Müstəqil Həmkarlar Federasiyası dövlət başçısı Emoməli Rəhmonun sentyabrın 11-də Tacikistanda keçiriləcək prezident seçkilərinə növbəti dəfə namizədliyini irəli sürüb.

SİA xəbər verir ki, İndiyədək Rustam Latifzoda (Aqrar Partiya), Abduxalim Qaffarov (Tacikistan Sosialist Partiyası), Saidcafar Usmanzoda (Demokratik Partiya) və Rustan Raxmatzodanın (İqtisadi İslahatlar Partiyası) prezidentliyə namizədliyi elan edilib. Daha iki partiyanın namizədi sentyabrın əvvəlində elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə