Malidə hakimiyyəti ələ keçirən hərbçilər keçmiş baş nazir Bubu Sisseni azad edib

Malidə hakimiyyəti ələ keçirən hərbçilər keçmiş baş nazir Bubu Sisseni azad edib

Ötən həftə Malidə hakimiyyəti ələ keçirən hərbçilər keçmiş baş nazir Bubu Sisseni azad edib.

SİA xəbər verir ki, bu barədə "Le Journal du Mali" qəzeti bildirib.

Bildirilib ki, keçmiş baş nazirlə eyni vaxtda Mali Milli Assambleyanın (bir palatalı parlament) sədri Musu Timbin də azadlığa buraxılıb.

Onlar 18 avqust çevriliş günü hərbiçilər tərəfindən həbs edilib və ölkənin paytaxtı Bamako yaxınlığındakı Kati ordu bazasında saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə