Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 43 270 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 203 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 864 nəfər koronavirusdan ölüb, 5 153 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə