ABŞ Türkiyəyə qarşı daha bir qərarını yumşaldıb

ABŞ Türkiyəyə qarşı daha bir qərarını yumşaldıb

Türkiyəyə səyahət xəbərdarlığını yeniləyən ABŞ 12 şəhərə yönəlik xəbərdarlığı ləğv edib. SİA-nın məlumatına görə, yeni qərara görə, Şırnak, Hakkari vilayətləri və Suriyadan 10 kilometr uzaqlıqdakı bölgələr üçün mümkün terror hadisələri səbəbilə 4-cü səviyyəli “getməyin” xəbərdarlığı tətbiq edilib.

ABŞ Dövlət Departamenti pandemiya səbəbilə Türkiyəyə etdiyi səyahət xəbərdarlığını 12 şəhər istisna olmaqla 3-cü səviyyədə saxlayıb.

ABŞ öz vətəndaşlarına isə "qlobal səyahət xəbərdarlığı" siyahısı ilə Türkiyədəki vəziyyəti yeniləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə