Türkiyə dost və müttəfiq ölkələrə ayırdığı vəsaiti 40 milyon lirəyə qaldırıb. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, dost və müttəfiq ölkələrlə müqavilə bağlanmadan mal və xidmət qrantları şəklində veriləcək yardım 40 milyon lirəyə çatdırılıb.
Qeyd edək ki, bundan əvvəl verilən yardım 20 milyon lirə olub.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə