Obama: “Biz artıq Əl-Qaidə-nin başını kəsmişik”

Obama: “Biz artıq Əl-Qaidə-nin başını kəsmişik”
Bin Ladeni məhv etməklə ABŞ "Əl-Qaidə" terror şəbəkəsini başsız qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Kentukki ştatındakı Fort-Kempbell hərbi bazasında hərbçilərlə görüşü zamanı ABŞ prezidenti Barak Obama bəyan edib.
"O bildirib ki, biz artıq Əl-Qaidə-nin başını kəsmişik.
Hərbçilər qarşısında çıxış etməzdən əvvəl Ağ Evin rəhbəri bin Ladenin məhv edilməsi əməliyyatında iştirak etmiş xüsusi təyinatlılar və pilotlarla görüşüb. Görüş qapalı rejimdə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə