Aİ Malidəki çevriliş səbəbindən bu ölkədəki nümayəndəliklərinin fəaliyyətini dayandırıb

Aİ Malidəki çevriliş səbəbindən bu ölkədəki nümayəndəliklərinin fəaliyyətini dayandırıb

Avropa İttifaqı (Aİ) Malidə baş vermiş hərbi çevriliş səbəbindən təhlükəsizlik qüvvələrinin hazırlıq keçməsi üçün bu ölkədəki nümayəndəliklərini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Malidəki nümayəndəliklərimizin müvəqqəti olaraq dayandırıldığını qeyd etmək lazımdır. Onların fəaliyyəti ən qısa zamanda bərpa olunacaq. Bu, çox vacibdir, biz buna çox əmək sərf etmişik və hər şeyi itirmək istəmirik”, - Borrel belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə