Latviyada koronavirusa yoluxanların sayı 18 nəfər artaraq 1360 nəfərə çatıb

Latviyada koronavirusa yoluxanların sayı 18 nəfər artaraq 1360 nəfərə çatıb

Latviyada son sutka ərzində koronavirusa yoluxanların sayı 18 nəfər artaraq 1360 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 242 min 823 nəfər müayinə olunub.

Məlumata əsasən, son sutka ərzində COVID-19-a görə 2290 nəfərdən analiz götürülüb.

Yeni növ koronavirusdan 33 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1135 nəfər təşkil edib.

Ölkədə virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə