Tunisdə paytaxtın mərkəzində yüzlərlə adam hakimiyyətin əleyhinə etiraz təşkil edib. SİA-nın məlumatına görə, polis nümayəndələri məsələyə çox sərt müdaxilə ediblər. Belə ki, nümayişçilərə qarşı göz yaşardıcı qaz və dəyənəklərdən istifadə edən polisin iştirakçıların maşınlarına əl qoyduğu bildirilib.
Orta şərq və Şimali Afrika ölkələrindəki etirazların ilham qaynağı olan Tunisdəki gərginliyin səbəbi, dünən köhnə daxili işlər naziri Fərhad Raçinin, yanvar ayında aksiyalar səbəbilə ölkəni tərk edən prezident Zeynəlabdin bin Əli haqqında açıqlamaları olub.
Nümayişçilər, köhnə nazirin açıqlamalarını son dərəcə mənasız qiymətləndirərək məsələyə sərt mövqelərini bildiriblər: "O artıq bu ölkədə daxili işlər naziri vəzifəsini icra etmir. Hər hansı məsələ ilə bağlı açıqlama verməsi yersizdir. Bütün bu açıqlamalarda əsas məqsəd hazırki hakimiyyətə olan etibarı sarsıtmaqdır. Bu üsullarla köhnə rejimin üzvləri əslində səhnə arxasından yeni hökumətin işlərinə qarışırlar".
Qeyd edək ki, nümayişlər zamanı 14-ə yaxın xarici ölkə jurnalistlərinin də polislər tərəfindən döyüldüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB