Latviyada 764 min sakinin aktiv borc öhdəlikləri var

Latviyada 764 min sakinin aktiv borc öhdəlikləri var

Latviyalıların kredit tarixçəsi barədə məlumatların toplanılması üzrə ixtisaslaşan “Kreditinformacijas Birojs” (KIB) kredit bürosunun verdiyi məlumata əsasən, ölkədə 764 min sakinin aktiv borc öhdəlikləri var.

SİA xəbər ki, KIB-nin arxivində 986 min fiziki şəxs haqqında, yəni Latviyanın maliyyə baxımından demək olar ki, bütün fəal sakinləri haqqında qeydlər var. Latviyanın aktiv borc öhdəliklərinə sahib 764 min sakinindən 314 mini ən azı bir hesab üzrə ödəmələri gecikdirir. Qeyd edilib ki, bu isə 1,15 milyard avroya bərabər bir məbləğdir.

Bütün xəbərlər Facebook səhifəmizdə