ABŞ Prezidenti Donald Tramp bu il keçiriləcək prezident seçkilərində təkrar iştirak edəcək. SİA-nın məlumatına görə, onun namizədliyi Şarlott şəhərində keçirilmiş Respublikaçılar partiyasının qurultayında təsdiqlənib.
O, Demokratlar partiyasının namizədi Co Baydenlə mübarizə aparacaq. Bir neçə gün əvvəl Demokratlar partiyasının qurultayında prezidentliyə namizəd qismində Co Bayden və vitse-prezidentliyə namizəd qismində Kamala Harrisin adları təsdiqlənmişdi.
2020-ci ildə ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB