YUNESKO-nun baş direktoru Odre Azule Livana iki günlük səfər edəcək

YUNESKO-nun baş direktoru Odre Azule Livana iki günlük səfər edəcək

Avqustun 26-da YUNESKO-nun baş direktoru Odre Azule Livana iki günlük səfər edəcək.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın kommünikesində deyilir.

"YUNESKO-nun baş direktoru Odre Azule 26 avqust 2020-ci il tarixində iki günlük rəsmi səfərlə Livana yola düşəcək. Səfər zamanı o, avqustun 4-də baş verən partlayışından xəsarət alan və zərər çəkən insanlarla görüşəcək, məktəblərə və tarixi binalara baş çəkəcək", - məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə