Argentinada pandemiyanın başlanğıcından bəri ən yüksək artım müşahidə edilib

Argentinada pandemiyanın başlanğıcından bəri ən yüksək artım müşahidə edilib

Argentinalı həkimlər son sutkada 8,731 koronavirus infeksiyası aşkar edib ki, bu da pandemiyanın başlanğıcından ən yüksək artımın göstəricisidir. Əvvəlki anti-rekord - 8,225 - avqustun 20-də qeydə alınıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə nazirliyi bildirib.

Yoluxmuşların ümumi sayı ölkədə 350 867-yə çatıb.

Koronavirus ilə yoluxma nəticəsində son sutkada təsdiqlənən ölümlərin sayıda pandemiyanın başlanğıcından bu yana ən yüksək həddə yüksəlib - 381, ölənlərin ümumi sayı 7 366 nəfərə çatıb. Bundan əvvəl ölkədə sutka ərzində 283-dən çox koronavirus xəstəsi ölümü qeydə alınmayıb.

Martın 3-də Argentina hakimiyyəti ölkədə ilk koronavirus infeksiyası hadisəsini təsdiqlədi. Martın 20-də respublikada karantin tətbiq olundu. 4 iyun tarixində əksər bölgələrdə məcburi sosial özünütəcrid rejiminin daha yumşaq məhdudiyyətlərlə əvəz olunduğu elan edildi. Paytaxtda və şəhərətrafı ərazilərdə bir sıra yumşalmalar ilə karantin 30 avqusta qədər uzadıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə