Suriyada qaz kəmərində - PARTLAYIŞ

Suriyada qaz kəmərində - PARTLAYIŞ

Suriyanın Dəməşq vilayətində qaz boru kəmərində terror aktı nəticəsində partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Suriyanın neft və mineral sərvətlər naziri Əli Qanim deyib.

Partlayış nəticəsində ölkə işıqsız qalıb.

O bildirib ki, araşdırmadan sonra qaz kəmərindəki partlayışa terror aktın səbəb olduğu müəyyən edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə