Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski sosial şəbəkə səhifəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı ilginc təklifini paylaşıb. SİA-nın məlumatına görə, Jirinovski bunları yazıb:
“Lukaşenko üçün ssenari: Belarus 6 bölgə olaraq Rusiyanın tərkibinə daxil olur, Lukaşenko Rusiya Kənd Təsərrüfatı naziri təyin edilir. Əks halda, Lukaşenkonu Pinoçetin taleyi gözləyir. İki şər arasında seçim etmək məcburiyyətində qalırıq. Belaruslar Lukaşenkodan bezib. Lakin qərbyönümlü müxalif daha betərdir. Artıq ingiliscə danışıb, AB bayraqları dalğalandırırlar”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB