Lukaşenko müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə əlində avtomatla gəlib

Lukaşenko müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə əlində avtomatla gəlib

Belarus Prezidenti Aleksandr Lukaşenko vertolyotla müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə - İstiqlaliyyət Sarayının qarşısına gəlib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, prezidentin əlində avtomat olub.

Lukaşenkonun əlindəki silahın üstündə darağın olmadığı diqqət çəkib.

Qeyd edək ki, prezidenti xüsusi çevik polis qüvvələri müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə