Dünyanın "xərçəng paytaxtı" haradır?

Dünyanın "xərçəng paytaxtı" haradır?
Danimarkanın dünyanın "xərçəng paytaxtı" olduğu və ölkədə hər il 100 min adamdan 326-nın xərçəng xəstəliyinə tutulduğu bildirilib. SİA-nın xəbərinə görə, danimarkalı qadınların normaldan daha çox siqaret çəkmələri və ölkədəki yüksək spirt istehlakının xərçəng hadisələrinin yüksəkliyində payı olduğu qeyd edilib. Dünya Xərçəng Araşdırma Fondunun məlumatlarına görə, gəlir səviyyəsi yüksək ölkələrdə xərçəng nisbətləri az inkişaf etmiş ölkələrə nisbətən daha çoxdur. 13 Avropa ölkəsi, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya xərçəng nisbətlərinin yüksəkliyi baxımından ən öndə gələn 20 ölkə arasındadır.

Xərçəng Araşdırma Fondundan prof. Martın Wiseman, "İngiltərə, Danimarka və digər yüksək gəlirli ölkələrdə nisbətlərin yüksəkliyi qaçınılmaz deyil və həyat formasında ediləcək dəyişikliklər risklərdə əhəmiyyətli dəyişiklik edə bilər. Elm adamları, İngiltərə və digər yüksək gəlirli ölkələrdəki ən çox görülən xərçənglərin üçdə birinin, sağlam kilo, fiziki baxımdan daha aktiv olmaq və daha sağlam bəslənməklə önlənə biləcəyini təxmin edir", - fikirini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə