Ermənistanda vəziyyət gərgindir

Ermənistanda daha 176 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 792-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 852-yə çatıb. İndiyədək 35 991 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 694 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə