Çinin Tibb Məhsulları Dövlət İdarəsi koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayıb

Çinin Tibb Məhsulları Dövlət İdarəsi koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayıb

Çinin Tibb Məhsulları Dövlət İdarəsi böcək hüceyrələri əsasında yaradılan koronavirusa qarşı rekombinant (genetik olaraq hazırlanmış) peyvəndin klinik sınaqlarının başlanmasını təsdiqləyib.

SİA "Global Times" qəzetinə istinadən bildirir ki, dərman Sıçuan Universitetinin biolaboratoriyasında hazırlanıb. Onu hazırlayan mütəxəssislər yüksək keyfiyyətli məhsul yaratmağı bacardıqlarını iddia edirlər.

Peyvənd artıq meymunlarda və digər heyvanlarda sınaqdan keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə