Son sutkada Pakistanda COVID-19-a yoluxanların sayı yenidən kəskin şəkildə artıb

Son sutkada Pakistanda COVID-19-a yoluxanların sayı yenidən kəskin şəkildə artıb

Son sutkada Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı yenidən kəskin şəkildə artıb.

SİA Pakistan mətbuatına istinadən xəbər verir ki, son 24 saat ərzində koronavirusa 1216 nəfər yoluxub. Bununla da belə xəstələrin sayı 292 min 174 nəfər təşkil edib.

Son gündə virusdan 12 nəfər həyatını itirib. Dünyasını dəyişənlərin sayı isə 6 min 231 nəfərə çatıb.

Hazırda xəstəxanalarda 10 min 626 pasiyent olduğu bildirilir, 731 adamın vəziyyəti isə ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə