Moskvada koronavirusdan bu günə qədər ölənlərin sayı 4 731 nəfərə çatıb

Moskvada koronavirusdan bu günə qədər ölənlərin sayı 4 731 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 731 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə