Avropa İttifaqı COVID-19-a qarşı mübarizə üçün Venesuelaya 82,5 ton tibbi ləvazimat verib

Avropa İttifaqı COVID-19-a qarşı mübarizə üçün Venesuelaya 82,5 ton tibbi ləvazimat verib

Avropa İttifaqı ölkələri yeni növ koronavirus infeksiyasının (COVID-19) yaratdığı xəstəliyə qarşı mübarizə məqsədilə Venesuelaya 82,5 ton tibbi ləvazimatlar verib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Xorxe Arreas bildirib.

“COVID-19-la mübarizə üçün bu gün Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə alınan 82,5 ton tibbi ləvazimata görə Avropa İttifaqına, İspaniya və Portuqaliyaya təşəkkür etmək istərdik”, - deyə o, “Twitter” səhifəsində yazıb.

Arreasın sözlərinə görə, pandemiya başlayandan bəri Venesuela “dost ölkələr və beynəlxalq təşkilatlardan” 1500 ton humanitar yardım alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə