Türkiyənin Girəsun vilayətinə sel gəlib, 1 nəfər ölüb, 5 nəfər isə itkin düşüb

Türkiyənin Girəsun vilayətinə sel gəlib, 1 nəfər ölüb, 5 nəfər isə itkin düşüb

Türkiyənin Girəsun vilayətinə sel gəlib, 1 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

SİA xəbər verir ki, bu barədə Girəsun bələdiyyə sədri Halil Çetin məlumat yayıb.

Bələdiyə sədri deyib ki, aramsız yağan leysan yağışlarından sonra Girəsunun bir çox rayonlarında çay daşqınları baş verib, təbii fəlakət nəticəsində xeyli ərazi su altında qalıb, əhali arasında biri ağır olmaqla yaralananlar var.

Hesablamalara görə, orta hesabla 1 kvadrat metr sahəyə 52 kq yağıntının düşdüyü bildirilir. Bəzi ərazilərdə bu rəqəmin 80-dən yuxarı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə