Cənubi Sudanda yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 18 nəfər həlak olub
Cənubi Sudanda “South West Aviation” aviakompaniyasına məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 18 nəfər, o cümlədən iki ekipaj üzvü həlak olub.
SİA "see.news" saytına istinadla xəbər verir ki, təyyarə paytaxt Cuba şəhəri ətrafında aeroport yaxınlığında havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Qəza nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Təyyarənin paytaxtdan Vau və Aveyl yaşayış məntəqələrinə uçduğu bildirilir. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB