Hindistanda koronavirusa rekord sayda yoluxma olub

Hindistanda koronavirusa rekord sayda yoluxma olub

Hindistanda bir gündə koronavirusa 69 878 nəfər yoluxub. Bu, pandemiya başlayandan sonra ölkədə rekord sayda gündəlik yoluxma göstəricisidir.

İndiyə qədər Hindistanda 2 975 701 insan infeksiyaya yoluxub. Sutka ərzinə 945 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 55 794 nəfərə çatıb.

Hindistan ABŞ və Braziliyadan sonra dünyada yoluxma sayına görə 3-cü yerdə qərarlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə