Rusiya müxalifətinin lideri Aleksey Navalnı Omsk hava limanından Almaniyaya aparılıb
Rusiya müxalifətinin lideri Aleksey Navalnı yerli vaxtla təxminən 8.00-da (BAkı vaxtı ilə 6.00) Omsk hava limanından Almaniyaya aparılıb.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarə saat 09.02-də (Moskva vaxtı ilə 11.02) Berlinin “Schoenefeld” hava limanına çatacaq.
Qeyd edək ki, Navalnı Berlin şəhərində yerləşən “Charite” klinikasında müalicəsini davam etdirəcək.
FlightRadar portalının məlumatına görə, uçuş “Bombardier Challenger 604” təyyarə reysilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB