Fransa 14 Liviya diplomatını arzuolunmaz şəxs elan edib

Fransa 14 Liviya diplomatını arzuolunmaz şəxs elan edib

Fransa hakimiyyəti Liviyanın bu ölkədəki səfirliyinin keçmiş 14 əməkdaşını arzuolunmaz şəxs elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, Liviya diplomatları 24-48 saat ərzində Fransanı tərk etməlidir.

 

Qeyd edək ki, fevralın 15-də Liviya xalqı ölkəni 40 ildir idarə edən Müəmmər Qəddafiyə üsyan edib. Paytaxt istisna olmaqla ölkənin böyük bir ərazisi üsyançıların nəzarətindədir. Üsyançıların hakim olduğu ərazilərdə Qəddafinin 40 il öncə devirdiyi Liviya krallığının bayrağı dalğalanır. Qarşıdurmalarda 6 mindən çox Liviya vətəndaşı həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə