Gürcüstanda yağan aramsız leysan yağışları ciddi problemlər yaradıb

Gürcüstanda yağan aramsız leysan yağışları ciddi problemlər yaradıb

Gürcüstan ərazisində yağan aramsız leysan yağışları Kvemo Svaneti bölgəsində ciddi problemlər yaradıb.

Laskadura çayının məcrasından çıxması nəticəsində Lantexi bələdiyyəsi ərazisində 5 kəndlə quru əlaqəsi tam kəsilib.

SİA Lantexi meriyasına istinadən xəbər verir ki, güclü sel suları avtomobil və piyada yollarını, habelə 3 körpünü dağıdıb. Bəzi evlərin birinci mərtəbələrinə su dolub, əkin sahələri su altında qalıb.

Əhali ilə yalnız mobil rabitə ilə əlaqə saxlanılır.

Merin sözlərinə görə, əgər vəziyyət belə davam edərsə əhali təbii fəlakət zonasından təxliyə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə