Ərdoğan xalqa vəd etdiyi müjdəni açıqlayıb - 320 milyard kubmetr təbii qaz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa vəd etdiyi müjdəni açıqlayıb.
SİA-nın məlumatına görə, dövlət başçısı uzun araşdırmalardan sonra Qara dənizdə 320 milyard kubmetr təbii qazın kəşf olunduğunu bildirib.
O, bu sevinci türk xalqına Allahın yaşatdığını deyib: "İndi də müjdəmizi sizlərə açıqlamaq istəyirəm. Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirdi. "Fatih" gəmimizin apardığı araşdırmalar nəticəsində 320 milyard kubmetr təbii qaz ehtiyatları aşkar edilib.
Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını xalqımızın istifadəsinə verməkdir".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB