Liviyada atışma davam edir

Liviyanın Tunislə sərhədində yerləşən Daxiba şəhərinə ağır artillleriyadan atəş açılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artilleriya atəşlərini Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələr həyata keçirib. Liviyanın Tunislə sərhədində artıq bir neçə gündür ki, hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər gedir. Ərazinin cənub hissəsi üsyançıların əlində qalır ki, bu da 8 min sakinin Cəbəl əl-Qərbi dağlıq ərazisindən keçməsinə imkan verib.

 

Eyni zamanda Liviyanın Zintan, İfran və Kalaa şəhərlərində də döyüşlər davam edir. Zintan şəhəri hökumət qüvvələri tərəfindən mühasirəyə alınıb. Şəhər tanklardan və reaktiv texnikadan atəşə tutulur. Üsyançılar Zintan şəhərindən Tunis sərhədinə aparan əsas yolu əldə saxlamağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə