Türkiyənin Praqadakı səfiri Egemen Bağışa BMT-dən qürurlandıran - Vəzifə
Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı Yüksək Nümayəndəsi və İspaniyanın keçmiş Xarici İşlər Naziri Miguel Moratinos, Türkiyənin Praqadakı səfiri Egemen Bağışı BMT-nin Sivilizasiyalar Alyansının yeni qurulan Yüksək Müşavirə Şurasına dəvət edib. SİA-nın məlumatına görə, Bağış aldığı dəvəti qəbul edib.
Jose Luis Rodriguez Zapatero İspaniyanın Baş naziri olanda, həmkarı Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Kofi Annanın koordinatorluğu ilə qurduğu Sivilizasiyalar Alyansı layihəsi, sivilizasiyalararası toqquşmaya qarşı bir antidot rolunu oynayır. Alyansın qurulması əsnasında Türkiyə və İspaniyanın o zamankı baş nazirlərinin şəxsi komandasında olan və ittifaqın qurulması üçün çalışan İspaniyanın keçmiş xarici işlər naziri Miguel Moratinos və Egemen Bağış ittifaqda yenidən bir araya gəlir.
Beynəlxalq Yüksək Məsləhət Şurasının təşəbbüsü
Keçən ilin yanvar ayında Türkiyənin dəstəyi ilə BMT Baş katibi tərəfindən İttifaqın Yüksək Nümayəndəsi vəzifəsinə gətirilən Miguel Moratinos, qurumun effektivliyini və nüfuzunu artırmaq üçün beynəlxalq Yüksək Məsləhət Şurasının yaradılması təklifini üzv ölkələrin Xarici İşlər nazirlərindən ibarət Komitənin də təsdiq etməsilə, işini daha da sürətləndirdi.
Yüksək Məşvərət Məclisi üzvləri arasında sabiq Avropa Birliyindən məsul nazir və hazırda Türkiyənin Praqadakı səfiri Egemen Bağışla yanaşı Pakistanın sabiq baş naziri Şövkət Əziz, keçmiş Ərəb Birliyi Baş katibi Amr Musa, Qırğızıstanın keçmiş prezidenti Askar Akayev kimi dünya sülhü və sivilizasiyaların birliyi ideyasında əhəmiyyətli vəzifələrdə çalışan insanlar olacaq. Yüksək Məşvərət Şurasının üzvləri könüllü əsaslarla işləyəcəklər.
Səfir Egemen Bağışın xarici işlər naziri Mövlud Çavuşoğlu ilə məsləhətləşdikdən və təsdiqini aldıqdan sonra dəvəti qəbul etdiyi öyrənildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB