Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib. Rusiya mətbuatı xəbər verir ki, bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.
“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik. Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, - K.Yarmış əlavə edib.
"Zəhərlənən Navalnının vəziyyəti ağırdır. Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Aleksey Navalnının vəziyyəti ağırdır". Bunu TASS-a Omsk xəstəxanasından bildiriblər.
Navalnı fondunun hüquq departamentinin rəhbəri Vyaçeslav Qimadi yazıb: “Navalnının siyasi mövqeyi və fəaliyyətinə görə zəhərlənməsinə şübhə yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB