Ərdoğan: "Bu müjdənin xəyalları və yuxusu içindəyik" - AÇIQLAMA

Ərdoğan: "Bu müjdənin xəyalları və yuxusu içindəyik" - AÇIQLAMA

“Fitç”in (Fitch) yeni qərarının elan edəcəyi həftənin son günündə dolların yerli birjadakı qiyməti 7.31 səviyyəsindədir. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, “Fitç”in bu gecəki qiymətləndirməsində Türkiyənin kredit və maliyyə göstəricilərini yüksəldəcəyi gözlənilir.

Açıqlama gecə saatlarında veriləcək.

Bu gün Bakı vaxtilə 16:00-da ictimaiyyət qarşısında çıxış edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə dünənki açıqlamasında bu ifadələrə yer vermişdi: “Hazırda biz də bu müjdənin xəyalları və yuxusu içindəyik. Cümə günü bu müjdəni xalqımıza verəcəyik, indidən Türkiyədə yeni dönəmin başlayacağına inanıram”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə