Həftə sonu Estoniyanın Kohtla-Yarve şəhərində axtarış-xilasetmə qrupunun əməkdaşlarından COVID-19 üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxıb. SİA xəbər verir ki, Kohtla-Yarve şəhərinin axtarış-xilasetmə məntəqəsi bağlanıb və dezinfeksiya edilib.
Bildirilib ki, yoluxmuş şəxslə təmasda olan digər xilasedicilər də test analizindən keçib. Onların koronavirus testi isə mənfi nəticə verib. Axtarış-xilasetmə qrupunun Kohtla-Yarve şəhərindəki şöbəsi gələn həftə təkrar veriləcək test analizlərinin nəticələri müəyyənləşənədək bağlı qalacaq.
Departamentdən bildirilib ki, bölgədə xilasetmə xidmətləri əvvəlki qaydada göstəriləcək. Belə ki, köməyə Yıxvi şəhərinin axtarış-xilasetmə qrupu gələcək.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB