ABŞ-da COVİD-19 infeksiyasına yoluxanların sayı 5,5 milyon nəfəri ötüb

ABŞ-da COVİD-19 infeksiyasına yoluxanların sayı 5,5 milyon nəfəri ötüb

ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 5,5 milyon nəfəri ötüb.

SİA xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 5 505 074 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 172 418 nəfəri vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə