BMT TŞ üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə ediblər

BMT TŞ üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə ediblər

BMT Təhlükəsizlik Şurası (TŞ) Malidə hərbçilərin qiyamından sonra həbs edilmiş vəzifəli şəxsləri dərhal azad etməyə və hərbçiləri hərbi hissələrə qayıtmağa çağırıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının Malidəki vəziyyətlə əlaqədar təcili iclasının yekunları üzrə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə edirlər". Şuranın üzvləri avqustun 18-i Malidə baş verən hadisələri qınayıblar.

Təhlükəsizlik Şurasının üzvləri həmçinin ölkədə hüquqi və konstitusiya quruluşunun təcili şəkildə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə