Yunanıstan çarəni ABŞ-a qucaq açmaqda gördü

Yunanıstan çarəni ABŞ-a qucaq açmaqda gördü

Şərqi Aralıq dənizində qanunsuz hərəkətlər edərək bölgədəki gərginliyi artıran Yunanıstan çarəni ABŞ-a qucaq açmaqda görüb. SİA-nın məlumatına görə, son zamanlar Dədəağac bölgəsinə çoxlu sayda hərbi qüvvə toplayan ABŞ-ın buradakı limanı satın alması və Türkiyə boğazlarına nəzarət edəcəyi iddia edilir.

Lozanna razılaşmasına görə isə bu bölgəyə Yunanıstan tərəfindən ordu yerləşdirilə bilməz.

Bundan əlavə, bölgəyə bir müddət əvvəl də ABŞ-ın hərbi qüvvələr gətirdiyi, dəniz və hərbi baza qurduğu bildirilir.

Yunan mətbuatında yer alan xəbərə görə, ABŞ-ın ONEX və Qara Zirvə Maliyyə Qrupu Dədəağac limanının 67 faizini, Kavaladakı Filippos B limanını satın almağı təklif edib.

Əslində, ABŞ-ın bu həmlədən Qaradəniz strategiyası çərçivəsində həm Rusiyaya, həm də Yunanıstanın ən böyük limanını satın alan Çinə qarşı istifadə edəcəyi düşünülür. ABŞ-ın daha bir məqsədinin isə Türkiyəni nəzarətdə saxlamaq olduğu bildirilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə