Deputatın seyfindən 22 milyon rubl oğurlayan model 4 il müddətinə həbs edilib
Moskvanın Presnenski Məhkəməsi model Olqa Sintyureva və əlbir olduğu İbrahim Dudaevi Dövlət Dumasının deputatı (Rusiya Liberal Demokrat Partiyasından seçilib) Sergey Jiqarevin seyfindən 22 milyon rubl oğurladıqlarına görə 4 il həbs cəzasına məhkum edib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Lela Kokaya bildirib. O bildirib ki, model övladı 14 yaşına çatdıqdan sonra cəzasını çəkəcək: “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 4-cü hissəsinin "b" bəndinə (oğurluq) əsasən, onların hər ikisi cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB