Venesuela Prezidenti Nikolas Maduro Rusiyada tətqiq edilən COVID-19-a qarşı peyvənddən istifadə edəcəyini açıqlayıb. SİA xəbər verir ki, Nikolas Maduro peyvənd ölkəyə gətirilən zaman ondan istifadə edəcək ilk vətəndaş olacağını deyib.
Bununla da, o digər vətəndaşlara nümunə olacağını bildirib. Televiziya vasitəsilə xalqa müraciət edən Maduro Rusiyanın 2021-ci ilin yanvar ayında yaymağı planlaşdırdığı "Sputnik V" adlı peyvəndlə əlaqədar vurğulayıb ki, Rusiyanın dünyada öz əhalisini peyvənd edəcək ilk ölkə olması sevindirici haldır və təbii ki, hamı peyvənd olunacaq, lakin, ilk dəfə özü peyvəndi sınayacaq.
Onun sözlərinə görə, daha sonra səhiyyə işçiləri, yaşlılar və xroniki problemləri olan insanlar peyvənd ediləcək.
Xatırladaq ki, Rusiyaya ilk növbədə 20 ölkədən 1 milyard dozaya yaxın sifariş verilib.
Qeyd edək ki, daha əvvəl Flippin Prezidenti Rodriqo Duterte də Rusiyada tətqiq edilən ilk koronavirus peyvəndi qeydiyyata alındığı təqdirdə sınaqlarda könüllü olacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB