Bu gün səhər İranın Mazandaran əyalətinin Sari şəhərində 2 nəfər edam olunub. SİA-nın İranın MEHR xəbər agentlyinə istinadən yaydığı məlumata görə, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikadakından daha çoxdur. Beynəlxalq KİV-in məlumatına əsasən, 2011-ci ilin əvvəlindən indiyədək İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 80 nəfərə yaxın şəxs edam olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB