Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 10 nəfər ölüb

Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 10 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 10 nəfər ölüb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 10 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 666 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə