ABŞ-da COVİD-19 infeksiyasından ölənlərin sayı 170 min nəfəri ötüb

ABŞ-da COVİD-19 infeksiyasından ölənlərin sayı 170 min nəfəri ötüb

ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı 170 min nəfəri ötüb.

SİA-nın məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 5,4 milyon nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxanlardan 170 019 nəfəri vəfat edib, 1,8 milyon nəfəri isə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə