Hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi Almaniyada

Hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi Almaniyada

Keçən həftə Almaniya Silahlı Qüvvələri üçün nəqliyyat xidmətləri göstərən quruma haker hücumu olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə ARD TV xəbər yayıb. Hakerlət eyni zamanda Bundestaqın deputatlarının məlumatlarını da əldə ediblər. Beləliklə, naməlum şəxslər Almaniya hərbçiləri və siyasətçilərinin məlumatlarını əldə etməyə müvəffəq olublar.

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi telekanala BW-Fuhrpark Service GmbH-nin İT şəbəkəsinə haker hücumunun olmasını təsdiqləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə