İranda son sutka ərzində daha 147 nəfər koronavirusdan dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 19 639 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2133 nəfər artaraq 343 203-ə yüksəlib. İndiyə qədər 297 486 pasiyent sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB