Ermənistanda son sutka ərzində daha 168 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 663 nəfərə çatıb. Son sutkada 1 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 818-ə yüksəlib. İndiyədək 34 584 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 243 nəfərdir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB