Daha 15 nəfərdə koronavirus aşkarlanıb Gürcüstanda

Daha 15 nəfərdə koronavirus aşkarlanıb Gürcüstanda

Gürcüstanda daha 15 nəfərin koronavirusa yoluxması təsdiqlənib. SİA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 336-ya çatıb. Onların 1 088-i sağalıb, 17-si isə vəfat edib. Hazırda Gürcüstan üzrə 7 597 nəfər karantində, 249 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə