Ötən sutka dünyada koronavirusdan ölüm sayında ikinci ən yüksək göstərici qeydə alınıb

Ötən sutka dünyada koronavirusdan ölüm sayında ikinci ən yüksək göstərici qeydə alınıb

Dünyada koronavirusa yoluxma sayı 21 026 758 nəfərə çatıb, ölənlərin sayı isə 755 786-ya yüksəlib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ötən gün dünyada 294 237 yeni yoluxma, 9 985 ölüm hadisəsi qeydə alınıb: “Bu, pandemiya dövrü ərzində ikinci ən yüksək ölüm göstəricisidir. Daha çox ölüm isə aprelin 17-də olmuşdu – 12 453 nəfər”.

Bütün xəbərlər Facebook səhifəmizdə