İraqın şimalında yerləşən PKK terror təşkilatının 3 üzvü məhv edilib

İraqın şimalında yerləşən PKK terror təşkilatının 3 üzvü məhv edilib
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən PKK terror təşkilatının düşərgələrinə dəqiq zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Zap və Avaşin bölgələrində 6, Haftanində isə 3 PKK terrorçusu məhv edilib. Beləliklə, son on gündə zərərsizləşdirilən terrorçuların sayı 143-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə