Rusiyada koronavirusa yoluxanların sayı 917 min nəfəri keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 917 min nəfəri keçib. Ölkədə son sutka ərzində 5 061 nəfər virusa yoluxub, 119 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 917 884 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 617 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 729 411 nəfər virusdan sağalıb, 172 856 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə