Pakistanın cənub-qərbində Kvetta şəhərində bir qrup silahlı şəxs şiə müsəlmanlara atəş açıb, 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yerli radikal sünni hərəkatlarının fəalları olduqları ehtimal edilən hücumçular hadisə yerindən qaça biliblər.
Qeyd edək ki, radikal qruplaşmaların şiə icmalarına qarşı törətdikləri terror aksiyaları nəticəsində son illər Pakistanda yüzlərlə insan həlak olub. Xatırladaq ki, Pakistanda bir neçə radikal sünni qruplaşması fəaliyyət göstərir. Onlardan ən məşhuru "Ləşkər-e-Canqvi" hərəkatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB